Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir Xartumda yerləşən “Kobar” həbsxanasına köçürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
O, ciddi mühafizə altında təkadamlıq kamerada saxlanılır. Əl-Bəşir indiyək prezident iqamətgahında mühafizə altında saxlanılırdı.
Ötən həftə Sudan ordusunun hərbi komandanlığı prezidenti vəzifədən kənarlaşdırıb və müvəqqəti hərbi şura yaradılıb. Şuranın sədri müdafiə naziri Avad ibn Auf olub. Lakin ibn Auf tezliklə bu postu tərk edib və Sudan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Əbülfəttah əl-Burxanı sözügedən vəzifəyə təyin edib.
Sonuncu bu təyinatdan sonra Baş Qərargahdan ayrılıb.