Prezident Vladimir Putin Şimali Koreya lideri Kim Cen İni Rusiyaya dəvət edib. Kim Çen İnin Rusiyaya ilk səfəri aprelin sonunda baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Bundan öncə “Yonhap” agentliyi Rusiyada Vladimir Putinlə Kim Çenin görüşünün keçirilməsinin mümkünlüyünü yazmışdı. Məlumata görə, Rusiya Prezidenti aprelin 24-də Uzaq Şərqə gedəcək, KXDR lideri isə 26-27 aprel tarixlərində Pekinə yollanacaq. Yolüstü Kim Çen Rusiyanı ziyarət edəcək.
Agentlik qeyd edib ki, iki ölkə liderinin görüşü Vladivostokda keçiriləcək. Kim Çen ora qatarla gələcək.