Şimali Makedoniya Respublikasında prezident seçkilərində səsvermə başlayıb.
Teleqraf.com-un məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi fəaliyyətə başlayıb.
Seçkilərdə səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşacaq.
Respublikada səsvermə hüququndan 1,8 milyon vətəndaş istifadə edə biləcək.
Qeyd edək ki, səsvermənin ilkin nəticələri səsvermə bitdikdən sonra, yekun nəticələri isə aprelin 22-si bilinəcək.