21 Aprel 2019 21:42
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. "Exit poll"un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə birinci turun qalibləri - hazırkı prezident Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər