21 Aprel 2019 23:28
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezident seçkilərində məğlub olan hazırki prezident Petro Poroşenko sesvermənin nəticələrindən sonra brifinq keçirir.

Teleqraf.com xəbər verir ki, Poroşenko siyasətdən getməyəcəyini bəyan edib.

“Mən növbəti ayda dövlət başçısı vəzifəsini tərk edəcəyəm. Əhalinin çoxluğu bunu istədi. Mən ofisdən gedirəm, siyasətdən yox!. Bizim komanda həyata keçirdiyi siyasəti davam etdirəcək, buna əmin ola bilərsiniz. Ukraynanın inkişafı, uğurları üçün mübarizəmizi davam etdirəcəyik”, - deyə Poroşenko əlavə edib.

Poroşenko həmçinin çıxışı zamanı Vladimir Zelenskini qalib gəlməsi münasibətilə təbrik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər