Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından Cümhuriyyət Xalq Partiyasının baş katibi Kamal Kılıçdaroğluna şəhid cənazəsində edilən hücumla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan deyib:
“Dünən dörd şəhidimizi torpağa verdik. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bu vətən onların bizə miras qoyduğu müqəddəs bir əmanətdir.
Nə yazıq ki, dünən Çubukda bir şəhidimizin cənazə törənində istənilməyən bir olay meydana gəlib, CHP baş katibi Kamal Kılıçdaroğluna yönəlik etirazlar şiddətli əmələ çevrilib.
Olay bütün incəliyi ilə araşdırılmaqdadır. Şiddəti qətiyyən münasib bilməyəcəyik. Hər cür şiddətə və terror qarşıyıq. Kiminsə Türkiyənin dinc iqliminə zərər verməsinə icazə verməyəcəyik”.