23 Aprel 2019 00:58
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar ertəsi səhər ABŞ-ın Texas ştatında ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Bildirilir ki, qəza "Beechcraft BE58" tipli təyyarə Kerrvill bələdiyyə aeroportuna eniş etməyə hazırlaşarkən baş verib.

Təyyarənin qalıqları hava limanından 8 min şimal-qərbdə tapılıb. Uçuş aparatı Qərbi Hyuston aeroportundan havaya qalxıb.


Müəllif: Teleqraf.com