24 Aprel 2019 11:22
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssisləri Pasxa Bayramı günü 8 nöqtədə terror aktı törədilən Şri Lankaya gəlib.

Teleqraf.com xəbər verir ki, FTB mütəxəssisləri terror hücumlarını araşdırmaq üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə işləyəcək.

ABŞ-ın Kolumbiyadakı səfirliyi bəyan edib ki, Prezident Donald Trampın dəstək sözündən sonra FTB agentləri Şri Lankaya gəlib.

Səfirlik FTB agentlərinin hansı istiqamətdə işləyəcəyi, burada neçə gün qalacağı və digər məsələlərlə bağlı əlavə şərh verməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər