Suriyanın Daraa əyalətində terrorçular tərəfindən qoyulmuş mina partlayıb.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində 2 uşaq həlak olub, 2 nəfər isə yaralanıb.
Bildirilir ki, insident nəticəsində həlak olanlar və yaralananlar bir ailənin üzvləri olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Suriyada belə insidentlər tez-tez baş verir: yaşayış məntəqələrini tərk edən terrorçular yaşayış binalarına və digər yerlərə partlayıcı qurğular yerləşdirirlər.