Bəşəriyyət üçün ən ciddi təhlükə ekoloji fəlakətdir.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyacheslav Trubnikov çıxış edib.
O deyib:
“Bir kəşfiyyatçı kimi mən ümumiyyətlə ekoloji problemləri insanlığa qarşı əsas, real təhlükə kimi görürəm. Nüvə silahları? Bu da təhdiddir. Ancaq insanlıq o təhdidin azaldılması üçün müəyyən işlər görür”.
Kəşfiyyatçının sözlərinə görə, Kiçik və Orta Mənzilli Raketlərin Qadağan Olunmasına dair yeni sazişə bənzər bir müqaviləni ekologiya sahəsində də imzalamaq lazımdır.