İsrail ordusu Qəzza sərhədində “Geriyə böyük qayıdış” yürüşndə iştirak edən fələstinlilərə güc tətbiq edib.
Teleqraf.com xəbər verir ki, nəticədə 60 fələstinli yaralanıb.
Fələstin mediası qeyd edir ki, yaralanan 60 nəfərdən 15 uşaq, biri həkim, biri də jurnalistdir.
Yaralıların bəzilərinə hadisə yerində ilkin tibbi yardım göstərilib, bəziləri isə xəstəxanalara aparılıb.