Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat yayıb.
Onun sözlərinə görə, Ərdoğanın İraqa səfəri Türkiyə-İraq yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının dördüncü iclası çərçivəsində baş tutacaq.
Nazir bildirib ki, səfər çərçivəsində Ərdoğan İraqın prezidenti Bərham Saleh və ölkənin türkmən icması ilə görüşəcək.
Səfərin tarixi hələki bəlli deyil.