28 Aprel 2019 19:43
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya təhlükəsizlik orqanları radikal sağçıların ölkədə vətəndaş müharibəsi və konstitusion quruluşu dəyişdirmək planı hazırladıqları haqda hesabat hazırlayıblar .

Teleqraf.com xəbər verir ki, Almaniyanın "Welt am Sonntag" qəzeti Konstitusiyanı Qoruma Təşkilatının hazırladığı məxfi hesabatla bağlı məqalə dərc edib.

Hesabata görə, Almaniyada radikallar artıq regioanl və özək təşkilatlarını yaratmaqdadırlar.

Qruplarda yeni adlar var. Radikallar əsasən 30 yaşlarında olan insanlardır. Onların arasında polis və hərbçilər də var.

Almaniya Kriminal Dairəsi (BKA) ölkədə hər an terror törədə biləcək 33 radikal qrupun olduğunu bəyan edib. Həmin göstərici ötən il 22 idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər