Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilə səfər edib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin baş diplomatı Ərbildə muxtariyyətin baş naziri Necivan Bərzani ilə görüşüb.
Səfər çərçivəsində Çavuşoğlu İraq Türkmən Cəbhəsinin Ərbildə yerləşən şöbəsində olub, burada türkmən siyasətçilərlə müzakirələr aparıb.