2 May 2019 14:45
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti İranın Şiraz şəhərində iki 17 yaşlı yeniyetəmənin gizli şəkildə edam edilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, departamentin sözçüsü Morqan Ortakus 17 yaşlı yeniyetmələr Mehdi Söhrabifər və Əmin Sədaqətin edam edilməsindən şoka düşdüklərini bildirib.

Morqan Ortakus İranın gizli şəkildə gerçəkləşdirilən bu cəzanın yenidən ölkədə azyaşlı uşaqların edam edilməsinə başlandığının göstəricisi olduğunu deyib.

Aprelin 29-da Beynəlxalq Əfv Təşkilatı İranın Şiraz şəhərində 2 azyaşlının gizli olaraq edam edilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, 15 yaşlarında həbs edilmiş bu şəxslərin cəsədləri üzərində şallaq izləri aşkar olunub: “Bu onların asılmamışdan öncə şallaqlandığını göstərir”.

Məlumatda həmçinin dünya üzrə azyaşlı uşaqların ən çox İranda edam edildiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər