2 May 2019 17:40
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna münasibətlərinin qaydaya salınması üçün mümkün kompromislərdən bəhs edib.

Teleqraf.com xəbər verir ki, özünün “Feysbuk” səhifəsində bu barədə fikirlərini bölüşən V.Zelenski yazıb:

“Ukrayna ilə Rusiya arasında “çoxlu ümumi cəhətlərin olması” barədə xeyli düşündüm. Reallıq belədir ki Krımın ilhaqından və Donbasa təcavüzdən sonra bizim yalnız bir “ümumi cəhətimiz” qalıb – dövlət sərhədi. Və Rusiya bu sərhədin hər millimetrinə nəzarəti mütləq Ukraynaya qaytarmalıdır. Yalnız bundan sonra Kiyev və Moskva “ümumi cəhət” axtarışını davam etdirə bilərlər”.

Aydındır ki, V.Zelenski bu sözlərlə Rusiya Prezidenti Vladimir Putinin sözlərinə reaksiya vermiş olub.

Rusiya Prezidenti Donbas sakinlərinə Rusiya vətəndaşlığını sadələşdirilmiş şəkildə almaq imkanı verən fərman imzaladıqdan sonra V.Zelenski ruslara Ukrayna pasportları verməyə hazır olduğunu bildirmişdi.

V.Putin isə Zelenskinin bu təklifini “Çox yaxşı” deyə qiymətləndirıb sözünə belə davam etmişdi: “Bu, bizim razılaşmaya gələcəyimizi göstərir. Yəqin, ona görə ki, bizim çoxlu ortaq cəhətlərimiz var”.


Müəllif: Səxavət

Oxşar xəbərlər