“Fətullahçı Terror Təşkilatı (FETÖ) arxasında ABŞ-da olan bir mexanizm tərəfindən idarə olunur”.
Teleqraf.com xəbər verir ki, bunu türk tarixçi, professor İlbər Ortaylı deyib.
Tarixçi buna görə ABŞ Prezidenti Donald Tramp əleyhinə kəskin ittihamlar irəli sürüb:
“Niyə Tramp kimi biri, yaxud madam Klinton kimi bir qadın buradakı hərifləri dəstəkləyir? Tramp onsuz da bir kovboy kimi cahildir, iqtisadiyyatı oxuyub, amma dünyagörüşü etibarilə geridə qalmış insandır. Ətrafındakı müşavirləri, katibləri, nazirləri də ondan fərqlənmir.
Hillari Klinton dediyiniz xanım isə gözəldir, ağıllıdır. Xalq içindən çıxmış bir həyat yoldaşı var, danışanda ağzından yaxşı sözlər çıxır. Amma onun bunların yanında nə işi var?”