5 May 2019 21:32
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arsenal"ın türk ulduzu Mesut Özil nişanlısı Amina Gülşe ilə iyunun 7-də nikah masasına oturacaq.

Teleqraf.com xəbər verir ki, bu haqda Almaniya nəşrləri məlumat yayıb. Futbolçunun nikah şahidinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacağı bildirilib.

Özilin keçmiş futbolçu dostlarının nikaha qatılmasını istəmədiyindən 7 iyun tarixini seçdiyi iddia edilib. Xəbərə görə, iyunun 8-də Belarus-Almaniya matçı keçiriləcəyi üçün onun sabiq komanda yoldaşları nikaha qatıla bilməyəcəklər.

2 il əvvəl nişanlanan cütlüyün toyu İstanbulda "Four Seasons Bosphorus" otelində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər