Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırda prezident vəzifəsini icra edən Kasım-Jomart Tokayevi ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərinə ilk namizəd kimi qeydə alıb.
Teleqraf.com xəbər verir ki, MSK bu günə artıq dörd namizədin - Kasım-Jomart Tokayev, Amangeldi Taspixov, Sədibek Tugel və ilk qadın namizəd Daniya Yespayevanı növbədənkənar prezident seçkilərində iştirakını qeydə alıb.
Namizədlərdən Jumatay Əliyev seçkilərdə iştirak etmək üçün sənədlərini MSK-ya təqdim etsə də, ana dili imtahanından keçə bilməyib.
Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu ilin iyunun 9-da keçiriləcək.