8 May 2019 09:41
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran ilə bilikdə ölkənin ən qaynar yerlərindən olan Hatay bölgəsinə gedib.

Teleqraf.com xəbər verir ki, NATO baş katibinin rəhbərliyi ilə səfər etmiş Alyansın heyəti valilikdə, Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) regional idarəsində olub.

Toplantıda “Türkiyənin timsalında bölgədəki təhdidlər”, “Türkiyənin qarşılaşdığı qaçqın problemi”, həmçinin “Zeytun budağı” və “Fərat qalxanı” antiterror əməliyyatından sonra vətəndaşların öz yurdlarına qayıdışı mövzusu müzakirə edilib.

Qeyd edək ki, Suriya ilə sərhəddə yerləşən Hatay terrorçu qruplaşmaların ən çox hücumuna məruz qaldığı bölgələrdən biridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər