9 May 2019 16:03
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Əl-Əqsa məscidinə basqın edərək namaz qılmağa gedənləri döyüb. Eyni zamanda namazdan sonra səsli bombadan istifadə edilib. Əməliyyat zamanı 3 fələstinli həbs olunub.

Teleqraf.com xəbər verir ki, İsrail hərbçiləri namazdan sonra məscidin Əl-Əsbat və Bab Əl-Amud qapıları qarşısında fələstinlilərə bomba atıblar.

Daha sonra həbslərə başlanılıb. Yerli qaynaqlar namaz qıldıqdan sonra müqəddəs məkandan çıxan fələstinlilərin incidildiyi, bəzilərinin isə həbs edildiyini təsdiqləyib.

Qeyd edilir ki, İsrail polisi gənc qızlar və yaşlı insanlar daxil olmaqla ibadət edənləri ərazidən qovmaq üçün müxtəlif formada müdaxilələr edir və insanları döyürlər.


Müəllif: Cavad