Vaşinqton Braziliyanı NATO üzvü olmayan ana müttəfiq olaraq qəbul edir.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Konqresə göndərdiyi məktubla Braziliya ilə münasibətlərdə əhəmiyyətli addım atmış olub.
Tramp məktubunda “1961 Xarici Yardımlar Qanunun 517-ci bölümünə uyğun olaraq Braziliyanı NATO üzvü olmayan Ana Müttəfiq kimi müəyyən etmək niyyətim var” ifadələrinə yer verib.
Bu addımla ABŞ-Braziliya arasında xüsusilə müdafiə sahəsində əməkdaşlığın artacağına diqqət çəkən Tramp iki ölkə arasında koordinasiyanın da güclənəcəyini də əlavə edib.
Qeyd edək ki, Braziliya İsrail, Yaponiya, Cənubi Koreya və Avstraliyadan sonra ABŞ-ın NATO üzvü olmayan ana müttəfiqləri kateqoriya ölkələri siyahısında yer alıb.
Bu addımdan sonra Braziliya faktiki olaraq ABŞ istehsalı olan silah alacaq, Pentaqonun təşkil edəcəyi silah bazarlarında iştirak edəcək və ABŞ-la birlikdə təlimlər keçirmək imkanı əldə edəcək.