5 Sentyabr 2014 21:36
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Əhməd Davudoğlu Fətullah Gülənlə bağlı sərt açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, baş nazir ABŞ-da yaşayan Fətullah Gülənin ölkəyə qaytarılması üçün lazımi addımların atıldığını bidirib.

Onun sözlərinə görə, ölkə xaricində Türkiyə əleyhinə çalışanlarla bağlı hüquqi prosedurların həyata keçirildiyini deyib:

"Hamımızın diqqətində olan bu məsələlərlə bağlı istintaq aparılır. Çox ciddi günahlandırma söz mövzusudur. Bu hüquqi proses ardıcıl şəkildə davam edəcək. Türkiyədə milli iradədən güc almayan heç bir quruluşun siyasəti nəzarət altına almasına icazə etmərik. Yurd xaricindəki əmr edən bəzi mərkəzlər varsa, bunlardan biri də Pensilvaniyadır. Ölkəmizin gələcəyi nə tələb edirsə, heç tərəddüdsüz addımlar atılır. Hörmətli prezidentimizin də istədiyi budur".


Müəllif:

Oxşar xəbərlər