Rusiyanın ən yaşlı sakini olan inquşetiyalı Appaz İliyev 123 yaşında vəfat edib.
Teleqraf.com TASS-a istinadən bildirir ki, İliyev İnquşetiya xəstəxanalarının birinə koma vəziyyətində gətirilib.
Nəvəsinin nəvəsini görən İliyev rus qaynaqlarında ölkənin “ən yaşlı insanı” kimi qəbul olunur.
İnquşetiya Respublikası 1896-cı ilin martın 1-də doğulan İliyevin dünyanın ən yaşlı sakini kimi qəbul edilməsi üçün müəyyən addımlar atıb.