Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayraq ABŞ Prezidenti Donald Trampın iyulda Türkiyəyə səfər edə biləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük qızının həyat yoldaşı Berat Albayraq "CNN Türk" telekanalına müsahibəsində bir sıra məsələlərə, o cümlədən ABŞ prezidentinin səfərinə də toxunub.
Onun sözlərinə görə, hazırda səfərin dəqiq tarixi ətrafında müzakirələr aparılır: "Səfərin iyulda baş tutma ehtimalı yüksəkdir".