15 May 2019 11:41
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə Tehran nüvə anlaşması çərçivəsində üzərinə götürdüyü müəyyən öhdəlikləri dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

İran Prezidenti Həsən Ruhani ABŞ-ın nüvə sazişindən çıxmasının birinci ildönümündə çıxışı zamanı sanksiyalara qarşı saziş çərçivəsində 300 kiloqram zənginləşdirilən uran və 130 ton ağır suyun xaricə satılmasını 60 gün müddətinə dayandırdığını bəyan etmişdi.

İran lideri əlavə etmişdi ki, nüvə sazişində qalan ölkələr bu müddətdə neft və beynəlxalq bankçılıq sahəsində İranın maraqlarını qoruyacaq addımlar atmadıqları halda Tehran uranı zənginləşdirmə fəaliyyətinə qoyulan 3,67 faizlik zənginləşdirmə həddini tanımayacaq və ağır su reaktorunun moderinzasiyasına başlayacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər