Fələstinlilər İsrail rejiminin törətdikləri cinayətlər haqda sənədləri toplayaraq BMT-yə təqdim etmək niyyətindədir.
Axar.az İran mətbuatına istinadən xəbər verir ki, Fələstin Azadlıq Təşkilatı (FAT) Fələstin Əsirləri Komitəsinin sədri İsa Qəraqə “Fələstinli məsul şəxslər İsrail rejiminin məhbəslərində fələstinli əsirlərin işgəncəyə məruz qalması və ya şəhid edilmələri barədə sənədləri toplayaraq, BMT-nin İnsan Haqqları Şurasının Həqiqətaxtarma Komitəsinə təqdim etmək niyyətindədir”, deyib.
İsa Qəraqə fələstinli məhbuslardan danışarkən orta hesabla gündə 20 nəfərin həbs olunması ilə 7 mindən yuxarı fələstinlinin əsir düşdüyünü bildirib.