15 May 2019 13:30
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Türkiyəyə S-400 zenit-raket kompleksinin satışının təxirə salınmasının müzakirə mövzusu olmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Yuri Uşakov ABŞ Dövlət katibi Mayk Pompeo ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında baş tutan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

O, Rusiyanın Türkiyəyə satdığı S-400 havadan müdafiə sistemlərinin təslim edilməsinin təxirə salındığı barədə iddialara belə cavab verib: “Bildiyimiz kimi amerikalılar S-400 zenit-raket kompleksinin Türkiyəyə təhvil verilməsinin təxirə salınmasında israrlıdır. Amma fikrimcə, aylar əvvəl əldə olunan razılaşma aktiv şəkildə icra olunacaq”.

Qeyd edək ki, İngiltərənin nüfuzlu “Röyters” agentliyi Türkiyənin ABŞ-ın tələbi ilə Rusiyadan alacağı zenit-raket kompleksinin 2020-ci ilə qədər təxirə saldığına dair iddia irəli sürmüşdü.


Müəllif: Nərgiz

Oxşar xəbərlər