Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, telefon danışığında prezidentlər Ukraynanın şərqində gedən prosesləri müzakirə ediblər.
Münaqişə bölgəsində atəşkəs rejiminə əməl edilməsindən məmnunluq ifadə olunduğu bildirilir. Prezidentlər həmçinin, Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələlərinə də toxunub.
Vladimir Putin və Pyotr Poroşenko danışıqların davam etdirilməsinə dair razılığa gəliblər.