Rusiyanın Dövlət Milli Araşdırmalar İnstitutu hansı risk faktorlarının insulta daha çox səbəb olduğunu araşdırıblar.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, kişilər arasında insulta səbəb olan faktorlar oturaq həyat tərzi, ateroskleroz, metabolik sindrom, siqaret çəkmək və alkoqolizmdir.
Qadınların insult keçirməsində isə daha çox piylənmə, aritmiya, şəkərli diabet və dislipidemiya - qanda lipidlərin səviyyəsinin daha yüksək olmasıdır. Hipertoniya isə insult məsələsində hər iki cinsdən olan insanlar üçün risk faktoru sayılır.