20 May 2019 11:10
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşviliyə azərbaycanlı yeni müavin təyin olunacaq.

Bu post keçmiş müavin Zaur Darğallının Marneuli rayonunun rəhbəri seçilməsindən sonra boşalıb.

Qubernator müavini vəzifəsinə kimin təyin olunacağı hələlik məlum deyil.

Qeyd edək ki, 2017-ci ildən etibarən azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin qubernatorunun 3 müavinindən biri azərbaycanlı olur. Həmin ildə qubernator müavini təyin olunmuş Z.Darğallı ötən gün 78,6% səslə Marneulidə keçirilmiş seçkilərdə qalib gəlib./Report/


Müəllif: Teleqraf.com