21 May 2019 12:53
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti Əfqanıstanın şimalındakı Xorosanda yerləşən İŞİD terrorçularından narahatdır, bu terrorçuların Suriyadan gəldiyini bilir.

Teleqraf.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov Əfqanıstanın şimal hissəsində, keçmiş SSRİ sərhədlərində 5 min terrorçunun toplaşdığını açıqlayıb.

FSB rəhbəri bu terrorçuların İŞİD-in Suriyada məğlub olmasından sonra ölkəni tərk edərək Xorosana gədiyini deyib.

Bortnikov terrorçu qrupların Əfqanıstanın şimal hissəsində yenidən ortaya çıxmasını narahatlıq doğuran durum kimi xarakterizə edib.

Vəziyyətlə əlaqədar Tacikistana diqqətli olmaq xəbərdarlığını edib.


Müəllif: Cavad