21 May 2019 13:14
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-də saxlanıldığı Marağa həbsxanasında aclıq aksiyasına başlayan güney azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi xəstəxanalıq olub.

Teleqraf.com xəbər verir ki, onun qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Azərbaycanlı fəal səhhətinin ağırlaşması səbəbindən mayın 20-də aclığın 9-cü günündə aksiyaya son qoymalı olub.

Həkimə Əhmədi aclıq aksiyasına İranın təhlükəsizlik orqanları tərəfindən qanunsuz ittihamla saxlanılması və həbsxanada işgəncələrə məruz qalmasına etiraz olaraq başlayıb.

Həbsxananın həkimləri aclıq aksiyasına görə Həkimə Əhmədinin qaraciyərinin sıradan çıxdığına dair diaqnoz qoyub. O, aclıq aksiyasını dayandırmalı olub, sonra polisin nəzarəti altında xəstəxanaya aparılıb. Həkimlər onun yaxın günlərdə əməliyyat olunacağını bildirib.

Mərənd sakini olan milli-mədəni fəal ötən il oktyabr ayında saxlanılıb. 7 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər