22 May 2019 10:32
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kipr Müdafiə Nazirliyi İsraillə hərbi əməkdaşlıq çərçivəsində mayın 29-dək davam edən hərbi təlimlərə başladığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, təlimlər paytaxt Lefkoşa yaxınlığında və yunanlara aid ərazilərin böyük hissəsində keçiriləcək.

Təlimlərə Kipr Yunan Milli Keşikçiləri Ordusu (RMMO) və İsrail Silahlı Qüvvələrinin hava və quru qoşunlarının bölmələri qatılıb.


Müəllif: Mənsur Rəğbətoğlu