24 May 2019 00:53
2 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağdakı erməni generallar baş nazir Nikol Paşinyanı devirəcəklərinə dair and içiblər. Teleqraf.com xəbər verir ki, bu iddia ilə "Jamanak" qəzeti çıxış edib.

Teleqraf.com xəbər verir ki, qəzetin yazdığına görə, “DQR” generalitetinin nümayəndələri və Ermənistan oliqarxları Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən devirilməsi məqsədi ilə sui-qəsd məsələsini müzakirə edirlər.

Qeyd olunur ki, sui-qəsd müzakirəsi "Oqanovski" kimi tanınan "DQR" müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan tərəfindən "Ermənistanın məşhur oligarxlarından birinin malikanəsində” təşkil edilib.

Qəzetin yazdığına görə, əvvəllər Respublika partiyasından Ermənistan Milli Məclisinin deputatı olmuş biznesmen Samvel Aleksanyan da yığıncaq iştirakçıları arasında olub. Nəşr vurğulayıb ki, görüş iştirakçıları "Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər".

Materialın dərc olunduğu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika hakimiyyətində mümkün sui-qəsd haqqında narahatlıqlar var. Bununla belə, o, əlavə edib ki, bu haqda çox açıq danışmaq olmaz.

Qeyd edək ki, Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında uzun müddətdir davam edən fikir ayrılığı getdikcə dərinləşir. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər