Ukraynanın baş naziri Arseniy Yatsenyuk Minskdə əldə olunan atəşkəs razılaşmasından sonra Putinin Ukrayna ilə bağlı planlarının heç də dəyişmədiyini bildirib.
Teleqraf.com-un xəbərinə görə, TSN-ə müsahibə verən Yatsenyuk Putinin Ukraynanı Rusiyanın təsir dairəsinə qaytarmağa çalışdığını bəyan edib.
"Onun planı Ukraynanı Rusiyanın təsir dairəsinə qaytarmaqdır. İstənilən formada. Hərbi işğalla, siyası cəhətdən və ya Ukraynanı dövlət kimi məhv etməklə", - Ukrayna baş naziri bildirib.
O, həmçinin Ukraynanın şərqində sülhə nail olunması üçün 3 şərtə əməl edilməsini vacib saydığını bildirib: "Hazırda atəşkəs əldə olunması lazımdırmı? Lazımdır. İnsanların həyatını qorumaq, daha da güclü olmaq üçün. Bunun üçün aşağıdakı şərtlərə əməl edilməlidir: 1) Atəş açılmamalıdır. 2) Putin öz muzdlularını, ordu və hərbi texnikasını Ukraynadan çıxarmalıdır. 3)Ukrayna dövlət sərhədi üzərində nəzarəti tam bərpa etməlidir. Əks halda onların muzdlu döyüşçüləri özlərini evdəki kimi hiss edəcəklər".
Nihad