Feldmarşal Xəlifə Haftar Liviyada hərbi əməliyyatlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, vətəndaş müharibəsinin yaşandığı Liviyada Xəlifə Haftara məxsus qırıcılar paytaxt Tripolidə parlament binası daxil olmaqla bəzi obyektlərə hava zərbələri endirib.
Liviya Milli Həmrəylik Hökumətinə (UMH) bağlı Daxili İşlər Nazirliyinin açıqlamasında Haftar qüvvələrinin Məclisin binasını hədəf almasını qınayıb.
Açıqlamada Xəlifə Haftara bağlı qüvvələrin əvvəllərdə mülki obyektləri hədəfə aldığı qeyd olunur, son bombardmanlarında feldmarşalın cinayətlərindən olduğu ifadə olunub.