25 May 23:27
232

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, zərbələr İraqın şimalında yerləşən Kərkük rayonuna endirilib.

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.


Müəllif: Teleqraf.com