26 May 2019 10:53
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Tokioya dövlət səfərinin ilk gününü Baş nazir Şinzo Abe ilə birlikdə keçirəcək.

Teleqraf.com xəbər verir ki, mayın 25-də yerli vaxtla saat 17:00 radələrində ABŞ Prezidentinin təyyarəsi Tokionun “Haneda” beynəlxalq hava limanına enib. D.Tramp Reiva dövründə Yaponiyaya səfər edən ilk əcnəbi liderdir. ABŞ Prezidentinin Yaponiyaya son səfəri 2017-ci ilin noyabrında baş tutmuşdu.

Bazar gününün proqramına əsasən iki ölkənin liderləri əvvəlcə Tokio yaxınlığındakı Çiba prefekturasında peşəkar qolf oyunçusu İsao Aoki ilə birlikdə qolf oynayacaq, nahardan sonra “Grand Sumo” turnirinə baxacaqlar. D.Tramp ABŞ Prezidentinin kubokunu turnirin qalibinə təqdim edəcək.

Axşam isə onlar Abenin həyat yoldaşı xanım Aki və ABŞ-ın birinci xanımı Melaniyanın iştirakı ilə “Robata” milli mətbəxində axşam yeməyi yeyəcəklər.

Mayın 27-də liderlərin sayca 11-ci sammiti keçiriləcək. Bu, apreldə onların Vaşinqtonda keçirilən görüşündən sonra növbəti sammiti olacaq. Eyni zamanda, iki ölkə liderlərinin iyunda Osakada keçiriləcək G20 sammiti çərçivəsində də ikitərəfli görüşü planlaşdırılır.

Mütəxəssislərin sözlərinə görə, son bir neçə ayda liderlərin ardıcıl görüşləri Yaponiya və ABŞ üçün qeyri-adi addımdır. Onlar bildirirlər ki, Ş.Abe bununla həm daxili, həm də beynəlxalq auditoriyaya iki ölkə arasında ittifaqın möhkəmliyini nümayiş etdirmək istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər