Çin paytaxtında müşahidə olunan güclü külək və şiddətli yağış səbəbindən Pekin "Paytaxt" beynəlxalq hava limanından 111 uçuş təxirə salınıb və ya gecikib.
Teleqraf.com xəbər verir ki, Pekin meteorologiya bürosu mayın 25-də gözlənilən pis hava şəraiti ilə əlaqədar xəbərdarlıq yaymışdı. Əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yolu nəqliyyatında da ləngimələr yaranıb. Bəzi istiqamətlər üzrə qatarların sayı azaldılıb.