Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkirdən olan deputatı Qalip Ensarioğlu bir ay sonra açıqlanacaq yol xəritəsindən danışıb. Teleqraf.com xəbər verir ki, baş nazir Əhməd Davudoğlu xəritə üzərində tamamlama işlərini aparır.
İraqın Mosul şəhərinə yaxın Mahmur düşərgəsi boşaldılaraq qaçqın statusu olan Türkiyə vətəndaşları ora yerləşdiriləcək.
PKK-dan ayrılıb Kürd Bölgə İdarəçiliyinə sığınan vətəndaşlar Türkiyəyə dönə biləcək. Siyasi cinayətlərdən dolayı Avropada sığınan qaçqınlar da ölkəyə qayıdacaq.
Cinayətə bulaşmış PKK üzvlərinin ölkəyə dönüşü mexanizmi hazırlanacaq. Onların siyasi və sosial reablitasiyası üçün proqramlar hazırlanacaq.
Ayxan