Rusiya vətəndaşları Koreya Xalq Demokratik Respublikasının (KXDR) uzunmüddətli və çoxdəfəlik vizasını əldə etməyi bacaran birinci və yeganə xaricilərdir.
Teleqraf.com-un BBC-ə istinadən verdiyi xəbərə görə, bu vizaları KXDR-də iri investisiya layihəsi gerçəkləşdirən "Mostovik" qeyri-hökümət təşkilatının rusiyalı sahibkarları əldə edib.
Dünyanın ən qapalı ölkəsi ilə viza rejiminin sadələşdirilməsi haqqında yekun qərar Rusiyanın Uzaq Şərqin inkişafı üzrə nümayəndəsi Alexandr Qaluşkinin KXDR-in səfiri Kim En Dje arasında avqustda keçirilmiş görüşdə qəbul olunub.
Tərəflərin əldə etdiyi digər razılaşmalar sırasında hesablamalarda rubla keçid və KXDR-da rusiyalı investorlara mobil rabitə və internetin təqdim olunmasıdır.
Bu arada bazar ertəsi məlum olub ki, Koreya Xalq Respublikası hakimiyyəti ölkədə fəaliyyət göstərən xarici diplomatik missiyalara və beynəlxalq humanitar təşkilatların nümayəndələrinə istənilən simsiz rabitədən, o cümlədən wi-fi texnologiyadan istifadə etmək qadağan olunub.
Xatırladaq ki, "Mostovik" Elmi-İstehsalçı Birliyi Rusiya adasında körpünün layihələndirilməsi, Soçi Olimpiadasına obyektlər, Moskvada mənzərəli körpünün konstruksiyasını layihələndirən iri şirkətdir.
Samir