8 Sentyabr 2014 15:03
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb Ölkələri Liqasına daxil olan dövlətlərin xarici işlər nazirləri “İraq-Şam İslam Dövləti” (İŞİD) ilə mübarizə üçün bütün zəruri tədbirlər görmək haqda razılığa gəliblər.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Qahirədə keçirilən görüşün iştirakçıları Birləşmiş Millətlər Təşkilatının avqustda qəbul olunmuş İraqda və Suriyada ekstremistlərə maddi, hərbi və maliyyə yardımını kəsməyə çağırış edən qətnaməsinə dəstək olduqlarını bildiriblər.

Liqa diplomatik mənbələrin öncədən proqnozlaşdırdığı kimi ABŞ ordusunun hava zərbələrinə açıq dəstək ifadə etməyib.

Şənbə günü ABŞ Hadid bəndi rayonunda İraq ordusunu qorumaq məqsədilə cihadçı-döyüşçülərin ələ keçirdiyi ərazilərə hava zərbələri endirərək İŞİD-ə qarşı əməliyyatları genişləndirib.

Amerika prezidenti Barak Obama daha sonra bəyan edib ki, ABŞ İŞİD ilə döyüşə başlamağa, ələ keçirilmiş ərazilərdən döyüşçüləri sıxışdırıb çıxarmağa hazırlaşır.

Samir


Müəllif:

Oxşar xəbərlər