Rusiyanın “Şimal axını-2” layihəsini dayandırmaq üçün cəhdlər göstərən ABŞ bu layihəyə qatılmış şirkət və qurumlarla sanksiya tətbiq etmək məqsədilə Senatın Nümayəndələr Palatasına təklif verib.
Teleqraf.com xatırladır ki, rus qazını Baltik dənizi üzərindən Qərbi Avropaya çatdırılması üçün qurulan “Şimal axını-2” boru xəttinin əngəllənməsi üçün Vaşinqtonun cəhdləri davam edir.
Qeyd edək ki, bundan əvvəl layihə iştirakçısı olan ölkələri sanksiyalarla təhdid edən ABŞ bu dəfə layihədə yer alan beynəlxalq şirkətlərə qarşı sanksiyaların tətbiqinə başlayacaq. Nümayəndələr palatasına təqdim edilmiş təklifə görə, proyektdə yer almış şirkətlərə ABŞ-da ixracat həyata keçirmək qadağan edilir, habelə onların 10 milyon dollardan çox kredit tələbi rədd olunur, həmçinin şirkətlərin ABŞ fondları və sərmayəçiləri ilə işləməsi yasaqlanır.
Təkliflər paketini dörd senator hazırlayıb.
ABŞ, Ukrayna, Polşa və bir sıra Qərb ölkələrinin əleyhinə çıxdığı layihənin ortaqları arasında Şell, OMV, Engie, Uniper və Vintershall kimi nəhəng qərb şirkətləri də var.
10 milyard avro maliyyə tutumu olan “Şimal axını-2” layihəsi ildə 55 milyard kubmetr rus qazını Almaniyaya çatdırmağı nəzərdə tutur.