3 İyun 2019 11:57
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Bavariya bölgəsinin Stephanspoşinq qəsəbəsində yerləşən qaçqın düşərgəsində baş verən üsyanı polis yatırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, polisin müdaxiləsi zamanı 3 qaçqın qadın həbs edilib.

Polisin müdaxiləsi ilə vəziyyət nəzarətə götürüldükdən sonra araşdırmalar başladılıb. Məlumata görə, polis 3 nigeriyalı qadını həbs edib. Qarşıdurma zamanı 5 polis əməkdaşı yaralanıb. Üsyan zamanı və müdaxilə anında çoxlu sayda qaçqının da yaralandığı deyilir.

6 qaçqın barəsində araşdırma aparılır. Eyni zamanda üsyana qalxan qaçqınlar fərqli düşərgələrə göndərilib.

Polis günahı olan qaçqınları gəldikləri ölkəyə göndərəcəyini açıqlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər