4 İyun 2019 09:01
2 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni partiyaya ehtiyacı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Bağçalı sabiq Baş nazir Əhməd Davudoğlunun partiya quracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Bu gün bayram namazından sonra açıqlma verən MHP sədrinin sözlərinə görə, Türkiyədə siyasi həyat normal məcrada davam edir: "Oturuşmuş, hərtərəfli təcrübələri ilə qəbul edilmiş siyasi partiyalar demokratiyaya doğru axan sudur və onu çaya çevirməyin mənası yoxdur.

Əhməd Davudoğlu nə edəcək? Ölkədə 103 partiya var, 104-cü olmaq istəyirsə, buyursun..."

Qeyd edək ki, hazırda MHP hakim partiya olan AKP ilə yaxından əməkdaşlıq edir.

Vaxtilə AKP hakimiyyətində təmsil olunmuş və Baş nazir kimi mühüm postu tutmuş Əhməd Davudoğlunun yeni partiya qurmaq istəyi hakim siyasi qüvvə tərəfindən narahatlıqla qarşılanır.


Müəllif: Mahir

Oxşar xəbərlər