5 İyun 2019 00:55
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Kreml S-400 zenit-raket kompleksləri ilə bağlı Türkiyə ilə ABŞ arasında yaradılması planlaşdırılan işçi qrupu barədə ilk açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiyanın əsas işi Türkiyəyə S-400 komplekslərinin təslim edilməsinə dair razılaşmanın icrası ilə bağlıdır.

S-400-lərlə bağlı Türkiyə və ABŞ-ın yeni işçi qrupu ilə bağlı Rusiyaya məlumat verilib-verilmədiyi barədə sualı Peskov belə cavablandırıb: “Ankaranın bizə məlumat verməsinə ehtiyac yoxdur. Bu, bizim məsələmiz deyil”.

İki ölkə arasında S-400 havadan müdafiə sistemi ilə bağlı müzakirələrin Rusiyanı narahat edib-etmədiyinə dair suala isə Putinin sözçüsünün cavabı belə olub: “Türkiyə bu məsələni istədiyi hər üçüncü ölkə ilə müzakirə edə bilər”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər