Konqo Demokratik Respublikasında ebola virusundan ölənlərin sayı 1346 nəfəri keçib.
Teleqraf.com xəbər verir ki, Konqo Səhiyyə Nazirliyi bəyan edib ki, 2 mindən çox insana peyvənd edilib və onlardan 1914 nəfərində ebola virusu aşkarlanıb.
1346 nəfər bu virusdan vəfat edib, 539 nəfər isə sağ qala bilib.
Ölkədə 2018-ci ilin avqustundan başlayan kampaniya çərçivəsində 125 minə yaxın insana peyvənd olunub.
Qeyd edək ki, ebola virusu 2013-cü ildən Qərbi Afrikada yayılıb. 2014-2017-ci illərdə 30 mindən çox insan bu virusa yoluxub, 11 mindən çox insan isə vəfat edib.