6 İyun 2019 10:02
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Daxili İşlər naziri, erməni əsilli Arsen Avakovun istefası üçün tələb edilən səs toplanıb.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Məlumata görə, nazirin istefasını tələb edən elektron ərizəyə 25 mindən çox insan imza atıb. Bildirilir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu nəzərdən keçirmək məcburiyyətindədir.

Qeyd edək ki, Ukraynada mayın 31-də 5 yaşlı uşağın qətlində iki polis ittiham edilir.

Ukrayna DİN-in binası qarşısında aksiya keçirən vətəndaşlar Arsen Avakovun istefasını tələb edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər