7 İyun 2019 18:40
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədrliyinə keçiriləcək seçkilərlə bağlı son sorğuda “Millət İttifaqının” namizədi Binəli Yıldırım “Cümhuriyyət İttifaqının” namizədi Əkrəm İmamoğlunu qabaqlayıb.

Teleqraf.com xəbər verir ki, Binəli Yıldırım İmamoğlunu 0,3 balla üstələyib.

ORC araşdırma şirkəti respondentlərə bir neçə sualla müraciət edib.

“Martın 31-də Əkrəm İmamoğluna səs verdim, seçimimdə dəyişiklik yoxdur” deyənlərin sayı 96,7 faiz olub, 3,3 faiz isə qərarsız olduğunu açıqlayıb.

Respondentlərin 97,4 faizi Binəli Yıldırımı dəstəkləyib, 2,6 faiz isə qərarsız qalıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər